İdman

23 İyun

Kamran Əliyev Rusiyada “SKA-Xabarovsk”da 1 illik müqavilə bağlayıb

Finss.az - Azərbaycanın U-21 yığmasının sabiq üzvü, 27 yaşlı vinger Kamran Əliyev karyerasını Rusiyada davam etdirəcək.

Birinci liqa təmsilçisi “SKA-Xabarovsk” klubu Kamran Əliyevlə yeni 1 illik müqavilə imzaladığını rəsmi olaraq açıqlayıb.

Futbolçu karyerasına “Ximki” klubunun yetirməsi kimi başlayan Kamran Əliyev 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasının “Sumqayıt” klubunda çıxış edib.

“SKA-Xabarovsk”un heyətində kamran Əliyev gələcək mövsümdə də komandaya töhfə verməyə hazırdır.