Finss.az - “Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, onun yubileyi Misli Premyer Liqasının XXVI turunda qeydə alınıb. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) start heyətində meydana çıxıb.
H.Haqverdi Premyer Liqada 2 klubun formasını geyinib – “Sumqayıt”da 40 oyun (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, müdafiəçi Premyer Liqada ilk oyununa 2020/2021 mövsümündə çıxıb. O, 2021-ci il yanvarın 22-də keçirilən “Şamaxı” – “Sumqayıt” (0:1) matçında qonaq komandanın heyətində debüt edib.
Zemfira Ms
Finss.az