Finss.az - Moskvanın "Lokomotiv" və "Spartak" klublarının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov, Azərbaycan millisini deyil, Rusiya yığmasını seçməsi barədə növbəti dəfə açıqlama verib.
“RB Sport”a verdiyi müsahibədə Səmədov, Rusiya millisini seçməsinə peşman olub-olmaması barədə suala cavab verib: "Məni AFFA dəvət etmişdi, amma bu qərarı verdim. Bu, çox əvvəl olub, hətta təfərrüatları belə xatırlamıram".
O, Rusiya millisini seçdiyinə peşman olmadığını vurğulayaraq, "İki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda çıxış etmişəm. Bu barədə yalnız xəyal edə bilərsiniz! Necə peşman ola bilərəm? Mən Rusiyada anadan olmuşam" – deyə əlavə edib.
Zemfira Ms
Finss.az