Finss.az - Misli Premyer Liqasının 21-ci turunda "Zirə" öz meydanında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçiləri matçı şərh ediblər.
Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi):
-"Zirə"ni və Rəşad Sadıqovu təbrik edirəm. Baxımlı oyun oldu. Son vaxtlar işlərimiz düz getmir, amma geri dönəcəyik. Komandanı tam hazır vəziyyətdə oyuna çıxara bilmirik. Oyunun sıx qrafiki də təsir göstərir. Futbolçularımızdan bəziləri uzun müddətdir oynamırdı. Səhvlərimizi danmırıq, "Zirə" layiqli qələbə qazandı. Benzianın komandadan ayrılacağı xəbəri doğru deyil, o bizimlədir.
Rəşad Sadıqov ("Zirə"nin baş məşqçisi):
-Dramatik oyun oldu. İlk dəqiqələrdə yaxşı çıxış etdik, amma 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız daha əzmkarlıq göstərərək 3 qol vurdu və vacib qələbə qazandıq. Qarşıda "Araz-Naxçıvan"la kubok matçı var, qələbəni çox qeyd etmək şansımız olmayacaq. Fasilədə futbolçulara mübarizəni davam etdirməyi tapşırdıq. "Qarabağ"ın qrafiki sıxdır, amma yenə də çox fəal idilər. Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm.
Zemfira Ms
Finss.az