Finss.az - Azərbaycan təmsilçisi "Qarabağ" Konfrans Liqasının son - 8-ci turunda Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb.
Səfər oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
2022-2023 mövsümündə də bu komandalar Avropa Liqasında üz-üzə gəlmişdi. Həmin vaxt "Qarabağ" Yunanıstanda rəqibini 3:0 məğlub etmiş, Bakıdakı qarşılaşma isə qolsuz heç-heçə ilə başa çatmışdı.
Bugünkü oyun "Qarabağ" üçün yalnız formal xarakter daşıyıb. Artıq əvvəlki turdan sonra komandanın pley-off şansı qalmamışdı. 36-cı pillədə qərarlaşan təmsilçimiz bu nəticə ilə mübarizəni dayandırıb.
"Olimpiakos" isə xallarını 15-ə yüksəldərək 7-ci yerə sahib çıxıb və 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Zemfira Ms
Finss.az