Finss.az - "Qarabağ" tam heyətlə Yunanıstana yollanıb və bu axşam "Olimpiakos"un stadionunda son məşqinə çıxacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının son turunda "Olimpiakos"la qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Qurbanov bildirib ki, son iki məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq asan olmayıb:
"Oyunumuz formal xarakter daşısa da, azarkeşlərimiz bizdən yaxşı çıxış gözləyir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun və yaxşı nəticə ilə geri dönək."
Qarşılaşma sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Zemfira Ms
Finss.az