Finss.az - "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, sabah Avropa Liqasında FCSB-yə qarşı keçiriləcək oyunun önəmindən danışıb. O, mətbuat konfransında bildirib ki, komanda bu mühüm qarşılaşmaya ciddi yanaşır və azarkeşlərə gözəl oyun təqdim etmək istəyir.
Qurbanov, bəzi itkilərin olmasına baxmayaraq ciddi taktiki dəyişikliklərin planlaşdırılmadığını, lakin kiçik dəyişikliklər edə biləcəyini vurğulayıb. Rəqibin hər xırda səhvdən istifadə edə biləcəyini qeyd edərək, diqqətin artırılmasının vacibliyini bildirib.
FCSB-nin kollektiv oyun qabiliyyətini tərifləyən Qurbanov, rəqibi ciddiyə aldıqlarını və hər matça eyni yanaşdıqlarını bildirib. Komandanın pley-off şanslarını qorumaq üçün qalibiyyətin önəmini vurğulayıb, lakin məğlubiyyətin dünyanın sonu olmadığını da əlavə edib.
"Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatını böyük itki adlandıran Qurbanov, onun klub və Azərbaycan futbolu üçün əhəmiyyətli şəxsiyyət olduğunu qeyd edib.
Rəqib komandanın hakimin sərt qərarlarından narazılığı ilə bağlı suala Qurbanov, futbolçulara hakimin xüsusiyyətləri barədə məlumat verildiyini, lakin hazırda bu mövzuda çox düşünməyin düzgün olmadığını deyib.
Son olaraq, Qurban Qurbanov "Qarabağ"ın uzunmüddətli uğurlarını və baş məşqçi kimi 16 illik təcrübəsini vurğulayaraq, sabahkı oyunda qələbə üçün əllərindən gələni edəcəklərini bildirib.
Zemfira Ms
Finss.az