İdman

22 Yanvar

“Qarabağ” – FCSB matçının hakim təyinatları açıqlanıb

Finss.az - “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda FCSB-yə qarşı keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, oyun Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Filip Qlova olacaq. Ona yan xətt hakimləri Daniel Polaçek və Peter Bednar köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.

VAR (Video-assistant referee) funksiyasını Mihal Oçenaşa, AVAR (assistant VAR) isə Martin Dohala icra edəcək.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - FCSB matçı saat 21:45-də başlayacaq.

Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Zemfira Ms
Finss.az