İdman

26 Dekabr

Klarens Zeedorfun oğlu "Milan"ın əsas komandasında məşqlərə başlayıb

Niderland millisinin sabiq futbolçusu Klarens Zeedorfun oğlu Denzel Zeedorf İtaliya təmsilçisi "Milan"ın əsas komandasında məşqlərə başlayıb.

Finss.az xəbər verir ki, "rossonerilər"in sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.

O, 12 yaşından "Milan"ın aşağı yaş qruplarından ibarət kollektivlərində forma geyinir.

Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə "Milan"da çıxış edib və komandanın heyətində iki dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Kaira Agayeva 

Finss.az