Vadim Vasilyev Azərbaycanın II Liqa klubu "Şəfa" üçün futbolçu seçir.
Bu barədə Finss.az-a keçmiş hücumçu özü bildirib.
V.Vasilyev aşağı dəstə təmsilçisində məsləhətçi kimi çalışdığını söyləyib:
“II Liqada çıxış edən “Şəfa”da məsləhətçi kimi çalışıram. Baş məşqçiyə məsləhətlər verirəm, futbolçu seçimlərində iştirak edirəm. Komandanın artıq bir oyununu izləmişəm. Sabah “Füzuli” ilə baş tutacaq matçına da baxacağam. Ümumiyyətlə, II Liqanın oyunlarını izləyirdim. Daha əvvəl “Baku Sportinq”in oyunlarına baxırdım. Onlar rəqiblərini Binədə qəbul edirdi. Demək olar işə başlamışam”.
“Şəfa” komandası hazırda II Liqanın turnir cədvəlində 31 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Kaira Agayeva
Finss.az