İdman

13 Dekabr

IFFHS 2024-cü ilin ən yaxşı futbolçusunu açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Finss.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Rodri layiq görülüb.

28 yaşlı oyunçu 191 xalla birinci olub.

Braziliya millisinin və İspaniyanın "Real" klubunun oyunçusu Vinisius Junior (166 xal) ikinci yeri tutub. İlk "3-lüy"ü 62 xalla "Real"ın digər üzvü Cud Bellinqem (62 xal) qapayıb.

Kaira Agayeva 

Finss.az