İdman

12 Dekabr

İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İngiltərənin "Arsenal" klubunun hücumçusu Bukayo Saka azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Finss.az xəbər verir ki, o, Liqa mərhələsinin VI turunda "Monako" (Fransa) ilə görüşdə komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi kimi 2 qol vurub və 1 asist edib.

Qeyd edək ki, Bukayo Saka cari mövsüm qitənin ən nüfuzlu klub turnirində 5 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.

Kaira Agayeva 

Finss.az