İdman

11 Dekabr

UEFA Çempionlar Liqasında VI turun 9 oyunu keçirilib

UEFA Çempionlar Liqasında VI tura start verilib.

Finss.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gəlib. “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb.

İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.

Liqa mərhələsində turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

VI tur

10 dekabr

21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0

21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1

00:00. “Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3

00:00. “Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0

00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3

00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1

00:00. “Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5

00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3

00:00. “Brest” (Fransa) – PSV (Niderland) 1:0

Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.

Kaira Agayeva 

Finss.az