İdman

09 Dekabr

Azərbaycan milli komandasının sabiq baş məşqçisi futbol tarixinin ən yaxşı 10 müdafiəçisi sırasına daxil olub

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres dünya futbolunun ən yaxşı müdafiəçiləri siyahısına düşüb.

Finss.az xəbər verir ki, reytinq Britaniyanın "Give me Sport" nəşri tərəfindən hazırlanıb.

Karlos Alberto Torres bu reytinqdə 9-cu yeri tutub.

Birinci yerdə Almaniya millisinin və “Bavariya”nın əfsanəvi futbolçusu Frans Bekkenbauerdir. İtaliya və “Milan”ın sabiq futbolçusu Paolo Maldini ikinci, digər keçmiş “Milan” futbolçusu Franko Baresi isə üçüncü olub.

Qeyd edək ki, Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Braziliyalı mütəxəssis 2016-cı ildə 72 yaşında dünyasını dəyişib.

Kaira Agayeva 

Finss.az