İdman

09 Dekabr

"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub

Portuqaliya millisinin və İngiltərə təmsilçisi "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.

Finss.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında məlumat yayıb.

“Vidalaşmağın vaxtı gəldi, peşəkar futbolçu karyeramı bitirdim. Bu, heyrətamiz bir səyahət idi. 20 ildən çox davam edən karyeramın eniş-yoxuşlarında mənə kömək edən və dəstək olan və hər kəsə təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, Nani karyerasına ölkəsinin “Sportinq” klububda başlayıb, Daha sonra “Mançester Yunayted”ə transfer okunub. O, həmçinin "Fənərbağça" (Türkiyə),"Valensiya" (İspaniya), "Latsio" (İtaliya) və "Adana Dəmirspor" (Türkiyə) kimi klublarda çıxış edib. Nani 2016-cı ildə Avropa çempionu olduğu Portuqaliya millisində 112 oyun keçirib.

Kaira Agayeva 

Finss.az