İdman

09 Dekabr

"Formula 1": "McLaren" 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb

Britaniyanın "McLaren" komandası "Formula 1" üzrə 2024-cü il mövsümünün Konstruktorlar Kubokunun qalibi olub.

Finss.az xəbər verir ki, "McLaren"in britaniyalı pilotu Lando Norris mövsümün sonuncu, XXIV mərhələsi olan Əbu-Dabi Qran-prisində finiş xəttini birinci keçib.

İkinci və üçüncü yerləri "Ferrari"nin pilotları - müvafiq olaraq ispaniyalı Karlos Sayns və monakolu Şarl Lekler tutublar. Lakin bu, İtaliya klubunun komanda hesabında "McLaren"ə çatmasına kömək etməyib. Daha əvvəl "Red Bull"dan olan niderlandlı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünyaçempionu olub.

"McLaren" mövsümün yekununda 666 xal toplayıb. "Ferrari" 652 xalla ikinci, "Red Bull" 589 xalla üçüncü olub.

"McLaren" "Formula 1"in komanda yarışını doqquzuncu, 1998-ci ildən bəri ilk dəfə qazanıb. Ferstappen çempionatı 437 xalla başa vurub, ikinci yeri Norris (374 xal), üçüncü yeri isə Lekler (356) tutub.

Qeyd edək ki, 2025-ci il mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.

Kaira Agayeva 

Finss.az