"Denver" klubunun üzvü Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.
Finss.az xəbər verir ki, 29 yaşlı oyunçu buna “Klivlend”ə uduzduqları (114:126) müntəzəm mövsümün matçında nail olub.
Görüşdə tripl-dablla (27 xal, 20 ribaund, 11 assist) yadda qalan serbiyalı NBA-da bunu 139-cu dəfə bacarıb.
Yokiç bu göstəriciyə görə keçmiş basketbolçu Mecik Consonu (138) keçərək üçüncü olub. Tripl-dabllarda "Denver"in digər üzvü Rassell Uestbruk (200) birinci, sabiq oyunçu Oskar Robertson (181) ikincidir.
Kaira Agayeva
Finss.az