İdman

05 Dekabr

Mbappe "Atletik"lə matçda penaltini qaçırmasına münasibət bildirib

 

İspaniya La Liqasının XIX turunda "Atletik"ə məğlub olan (1:2) "Real"ın futbolçusu Kilian Mbappe oyun zamanı penaltini qaçırmasına münasibət bildirib.

Finss.az xəbər verir ki, futbolçu oyundan sonra mətbuata açıqlamasında böyük səhvə yol verdiyini deyib.

25 yaşlı hücumçu özünü sübut etməyin vaxtının çatdığını söyləyib:

“Pis nəticə oldu. Hər detalın əhəmiyyət daşıdığı matçda böyük səhv etdim. Mən məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Çətin məqamdır, lakin bu vəziyyəti dəyişmək və bir futbolçu kimi özümü sübut etməyin vaxtıdır”.

Qeyd edək ki, K.Mbappe "Atletik"lə matçın 68-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

Kaira Agayeva 

Finss.az