"Qarabağ"ın hücumçusu Olavio Juninyonun dünyada 2024-cü ilin bombardirləri siyahısındakı mövqeyi bəlli olub.
Finss.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytında bildirilib.
Braziliyalı forvard il ərzində 26 qola imza atıb. Juninyo 10 dəfə Misli Premyer Liqasında, 5 dəfə Azərbaycan Kubokunda, 11 dəfə isə avrokuboklarda rəqib qapılarına yol tapıb.
O, 54 futbolçunun olduğu siyahıda 45-ci sırada göstərilsə də, digər 9 oyunçu da 26 dəfə fərqlənib. Onların arasında ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Luis Suares və İngiltərə təmsilçisi "Çelsi"dən Koul Palmer də var.
Qeyd edək ki, İsveç millisinin və Portuqaliyanın "Sportinq" klubunun üzvü Viktor Dyekereş (59 qol) birinci pillədə qərarlaşıb. Cədvəldə noyabrın 30-dək vurulan qollar nəzərə alınıb.
Kaira Agayeva
Finss.az