"Şuşanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən 2024-cü ilin "Gənclər Paytaxtı" elan edilməsini yüksək qiymətləndirirəm".
Finss.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İdman Nazirliyinin Beynəlxalq Tərəfdaşlıq Direktoru Mazen Alsaadi "Gənclər Paytaxtı"nın bağlanış mərasimi öncəsi təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib: "Şuşanın İƏT-in "Gənclər Paytaxtı" seçilməsi Azərbaycanda mədəni irsin qorunmasının bariz nümunəsidir. Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi".
Mazen Alsaadi bu cür tədbirlərin müxtəlif ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində böyük rol oynadığını vurğulayıb. O, gələcəkdə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.
Qonağın sözlərinə görə, Şuşanın "Gənclər Paytaxtı" seçilməsi həm Azərbaycanın, həm də İslam dünyasının mədəni irsinin təbliği və gənclərin bir araya gəlməsi üçün əlamətdar hadisə kimi yadda qalacaq.
Kaira Agayeva
Finss.az