AVTO

26 Noyabr

Bu dövlət qurumu iki xidməti avtomobilin alınmasına yarım milyon manat xərcləyəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 450 min manatdan artıq vəsaitə 2 ədəd xidməti avtomobil alır.

Finss.az xəbər verir ki, Agentliyin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “Xidməti yolsuzluq avtomobili”nin satın alınması üzrə tender elan edib.

“Xidməti yolsuzluq avtomobili”nin ehtimal olunan qiyməti 287 min manatdır.

Həmçinin, Agentliyin “Regional Su Meliorasiya Xidməti” 170 min manata “Minik avtomobili”nin satın alınması üzrə tender elan edib. Bununla da Agentliyin qurumu iki avtomobilin alınmasına ümumilikdə 457 min manat pul xərcləyəcək.

Kaira Agayeva 

Finss.az