İdman

21 Noyabr

"Liverpul"un qapıçısı yayda klubu tərk edə bilər

İngiltərənin "Liverpul" klubunun qapıçısı Kevin Kelleher yayda komandanı tərk edə bilər.

Finss.az xəbər verir, qapıçının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, K.Kelleher cari mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib, 5 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

Kaira Agayeva 

Finss.az