“Azərbaycan millisinə inamım böyükdür”.
Finss.az xəbər verir ki, Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç komandasına qarşı keçirəcəyi oyundan danışan funksioner şansları dəyərləndirib.
Milli ilə səfərə yollanan Olimpiya çempionu komandada ab-havanın yaxşı olduğunu bildirib: “Sadəcə, futbolçular Qəbələdə Estoniya ilə oyunda qələbə qazanmadıqlarına görə təəssüflənirlər. Həmin görüşdə yaxşı şanlarımız var idi. Əhvali-ruhiyyənin daha da yaxşı olması üçün İsveçi məğlub etməliyik. Çəkinmədən mübarizə aparmalıyıq. Əzmkarlıq önəmli rol oynayacaq. Futbolçular bunu yaxşı anlayırlar. Rəqibin baş məşqçisi fərqli taktikalara sahib mütəxəssisdir. İndiki komanda əks-hücumlarda daha təhlükəli olur. Ümid edirəm ki, futbolçularımız meydanda əllərindən gələni edəcəklər”.
Qeyd edək ki, bu gün “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Kaira Agayeva
Finss.az