Fransa Liqa 1 təmsilçisi "Monpelye" heyətini Türkiyə Superliqasında çıxış etmiş futbolçu ilə gücləndirib.
Finss.az xəbər verir ki, şəhərin eyniadlı komandası serbiyalı Nikolo Maksimoviçlə anlaşıb.
O, son olaraq qardaş ölkədə "Hatayspor"un şərəfini qoruyub.
Qeyd edək ki, "Monpelye" cari mövsüm arxada qalan 9 turda 4 xal toplamaqla sonuncu sırada qərarlaşıb.
Kaira Agayeva
Finss.az