İdman

22 Oktyabr

“Turan Tovuz”un braziliyalı hücumçusu: Hədəflərimizə çatmaq üçün səylə çalışırıq

“Sumqayıt”la oyun çətin keçdi. Rəqib keyfiyyətli komandadır. Lakin biz də güclüyük və hədəflərimizə çatmaq üçün səylə çalışırıq”.

Finss.az xəbər verir ki, 23 yaşlı hücumçu oyundan-oyuna inkişaf etdiklərini bildirib: “Sumqayıt”la səfərdəki qələbə çox vacib idi. Önəmli xallar qazandıq. Mövsümün sonunda medalçılar sırasında olacağımız barədə indidən düşünmək tezdir. Sadəcə, diqqətli çalışmalı və verilən tapşırıqları dəqiq icra etməliyik. Komandamızın oyunundan çox razıyam. Mənə gəlincə, zədədən yeni qayıtmışam. Daha da yaxşı olmalıyam. Amma fiziki cəhətdən özümü normal hiss edirəm”.

Futbolçu Misli Premyer Liqasının XI turunda “Kəpəz”lə keçiriləcəkləri matç barədə də fikirlərini bölüşüb: “Fərqli pillələrdə olan komandaların qarşıdurması olacaq. Hər iki kollektivə xal lazımdır. Görüş çətin keçəcək. Bu oyundan da 3 xalla ayrılmaq istəyirik”.

Qeyd edək ki, Misli Premyer Liqasında X turdan sonra 21 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Kaira Agayeva 

Finss.az