Finss.az xəbər verir ki, Heydər Əliyev adına İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq.
O, Azərbaycan I Liqasının VIII turunda "Qaradağ Lökbatan" komandasını doğma meydanda qəbul etmək istədiklərini bildirib:
"İşlər sürətlə davam edir. Çalışırıq ki, ev oyunlarımızı doğma stadionumuzda keçirək. VI turun "Qəbələ" ilə matçını İmişlidə oynamalı idik. Lakin təmir işləri başa çatmadığı üçün yerdəyişmə etdik. Birinci qarşılaşma Qəbələdə, növbəti görüş bizim stadionda baş tutacaq. Stadionumuzun ot örtüyü yenilənir, digər çatışmazlıqlar aradan qaldırılır. Noyabrın sonunda təmir işləri başa çatacaq".
Qeyd edək ki, Heydər Əliyev adına İmişli şəhər stadionu cari mövsümün əvvəlindən təmirə bağlandığı üçün bölgə təmsilçisi ev oyunlarını Tovuz şəhər stadionunda və Saatlı Olimpiya İdman Komleksinin meydanında keçirib.
Kaira Agayeva
Finss.az