Ukrayna millisinin və "Şaxtyor"un (Donetsk) futbolçusu Georgi Sudakov karyerasını İngiltərənin “Çelsi” komandasında davam etdirə bilər.
Finss.az xəbər verir ki, London klubu bu transfer üçün qarşı tərəfə 78 milyon avro ödəməyə hazırdır.
22 yaşlı yarımmüdafiəçi İngiltərənin digər təmsilçisi “Arsenal”ın da maraq dairəsindədir. Lakin Sudakovun həmyerlisi Mixail Mudrikin “Çelsi”də çıxış etməsi onun “zadəganlar”ı seçməsinə səbəb ola bilər.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə “Şaxtyor” forması ilə 11 matçda iştirak edən Georgi Sudakov 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kaira Agayeva
Finss.az