Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayır.
Finss.az xəbər verir ki, II turda Azərbaycanın kişilərdən ibarət yığması Finlandiya ilə qarşılaşacaq.
Qarşılaşma üçün heyətlər hələlik müəyyənləşməyib. Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.
Qadınlardan ibarət yığma isə Avstraliya ilə üz-üzə gələcək. Kapitanı Mixail Şereşevski olduğu yığma Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət millimiz isə Nikaraquaya heç bir şans verməyib, 4:0.