İDMAN

19 Avqust

Azərbaycan millisi dünya reytinqində irəliləyib

Basketbolun 3x3 növü üzrə qadın komandalarının beynəlxalq reytinq siyahısı açıqlanıb.

Finss.az-ın verdiyi məlumata görə, reytinqdə dünyanın ən yaxşı 30 komandası sıralanıb və Azərbaycan millisi bu siyahıda 13-cü yerdə qərarlaşıb. Yığmamızın aktivində 249,276 xal qeyd olunub.

Son reytinqlə müqayisədə komandamız 3,332 xal itirib. Bu azalma, əsasən, Qadın Seriyasının Bakı mərhələsindəki nəticələrə bağlıdır. Bununla yanaşı, Azərbaycan millisi bir pillə irəliləməyi bacarıb.

Reytinq cədvəlində Kanada 568,620 xalla birinci, Niderland 469,166 xalla ikinci, Fransa isə 448,052 xalla üçüncü yerdədir.

Fuad Mədətov
Finss.az