İdman

16 Avqust

Fransalı idmançı yarışlardan kənarlaşdırılıb

Fransa Atletika Federasiyası Məhəmməd Kuntanı yarışlardan kənarlaşdırıb.

Finss.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Udea-Kastera sosial şəbəkələr vasitəsilə açıqlama verib.

Qərara 29 yaşlı atletin İsraillə bağlı xoşagəlməz paylaşımlar etməsi səbəb olub. Cəzalandırılması ilə yanaşı, M.Kunta məhkəməyə də verilib.

Paris-2024-ün iştirakçısı olmuş idmançı açıqlama verərək üzrxahlıq edib.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçirlib.

Kaira Agayeva 

Finss.az