İDMAN

14 Avqust

Konfrans Liqası: "Sabah"ın rəqibini Bakıda az sayda azarkeş dəstəkləyəcək

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq İrlandiyanın "Sent Patriks Atletik" klubunu az sayda azarkeş dəstəkləyəcək.

Bu barədə Finss.az-a "Sabah"ın mətbuat katibi Elnur Həmidov məlumat verib.

Böyük Britaniya komandasını tribunadan 15-20 azarkeş irəli səsləyəcək. KİV təmsilçiləri isə Bakıya gəlməyib.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasında İrlandiyada baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Kaira Agayeva 

Finss.az