İDMAN

12 Avqust

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları EEVZA çempionatında iştirak edəcəklər - U-18

Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər. 

Finss.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, hər iki milli komanda bu gün Latviyanın Cesis şəhərinə yola düşüb. Avqustun 13-dən 15-dək keçiriləcək yarışda ölkəmizi bir qızlar komandası (Səbinə Əlizadə və Lizi Latsabidze) və bir oğlanlar komandası (Nəriman Bayramlı və Muhammad Aslanlı) təmsil edəcək.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı, Estoniya, Ukrayna, Polşa, Litva, Latviya komandaları da iştirak edəcəklər.

 

Zemfira Ms

Finss.az