İdman

12 Avqust

Dünya futbolunun parlayan gənc ulduzları: Ən yaxşı 10 istedad

Nüfuzlu "FourFourTwo" nəşri dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçularının siyahısını açıqlayıb. Siyahıda 50 oyunçu yer alıb. İlk onluq isə diqqəti xüsusilə cəlb edir.

Finss.az xəbər verir ki, siyahıya İspaniya millisinin və “Barselona” klubunun 17 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. O, gənc yaşına baxmayaraq  komandasının vacib oyunçusuna çevrilib. 

İkinci yerdə Türkiyə yığmasının və "Real Madrid" klubunun 19 yaşlı yarımmüdafiəçisi Arda Gülər qərarlaşıb. 

Üçüncü sırada isə PSJ klubunun fransalı gənc ulduzu Uorren Zaire-Emeri yer alıb. 

Siyahının digər yerlərində isə müxtəlif ölkələrdən gələn gənc istedadlar yer alır:

  1. Lamin Yamal – 17 yaş (“Barselona”, İspaniya)
  2. Arda Gülər – 19 yaş (“Real Madrid”, İspaniya)
  3. Uorren Zaire-Emeri – 18 yaş (PSJ, Fransa)
  4. Endrik – 18 yaş (“Real Madrid”)
  5. Franko Mastantuono – 16 yaş (“River Pleyt”, Argentina)
  6. Kobbi Meynu – 19 yaş (“Mançester Yunayted”, İngiltərə)
  7. Joao Neveş – 19 yaş (“Benfika”, Portuqaliya)
  8. Dezir Due – 19 yaş ("Renn", Fransa)
  9. Leni Yoro – 18 yaş (“Mançester Yunayted”)
  10. Estevan Villian – 17 yaş (“Palmeyras”, Braziliya)   

 

Zemfira Ms

Finss.az