İdman

12 Avqust

Əli Cəbrayılov Çempionlar Liqasında hakim təyin edilib

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan mühüm bir təyinat alıb. O, UEFA Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında hakimlik edəcək.

Finss.az bu barədə Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Əli Cəbrayılovun ilk təyinatı avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) ilə "Amiqo Northwest" (Bolqarıstan) arasındakı oyuna olacaq. Bu matçda o, birinci hakim kimi çıxış edəcək.

Cəbrayılovun növbəti təyinatları isə avqustun 22-də baş tutacaq "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü hakim, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında isə ikinci hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək. Bu təyinat Əli Cəbrayılovun beynəlxalq arenada artan nüfuzunu bir daha təsdiqləyir və Azərbaycanın futzal hakimi kimi böyük uğurlara imza atdığını göstərir.

 

Zemfira Ms

Finss.az