Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Neftçi” iki ardıcıl heç-heçə ilə başlayıb. İlk olaraq “Turan Tovuz”la (0:0) oynayıb, sonra isə “Səbail”lə (1:1) sülhə imza atıb.
Finss.az xəbər verir ki, bu hal son 9 mövsümdə ilk dəfə baş verib; 2015/2016-cı il mövsümündə “Sumqayıt” və “Kəpəz” də eyni nəticəni əldə etmişdi.
Ümumilikdə, ölkə çempionatları tarixində 11-ci belə hal qeydə alınıb. “Neftçi” mövsümə heç-heçə ilə başlamaqla tarixində bir yeniliyə imza atıb.
Zemfira Ms
Finss.az