Azərbaycan Paris Olimpiadasını 7 medalla başa vurub. Bu nəticə ilə Azərbaycan idmançıları özlərini bir daha beynəlxalq arenada sübut ediblər.
Finss.az xəbər verir ki, Olimpiadanın sonuncu günündə sərbəst güləşçi Maqomedxan Maqomedov bürünc medal uğrunda Ukrayna təmsilçisi Murazi Mçelidze ilə mübarizə apararaq qələbə qazanıb və fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bu, Azərbaycanın yeddinci medalı olub.
Bundan əvvəl Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu titulunu qazanıblar. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) bürünc medallar qazanıblar.
Zemfira Ms
Finss.az