İspaniyanın "Atletiko" klubunun hücumçusu Samu Omorodionun İngiltərə təmsilçisi "Çelsi"yə keçidi baş tutmayıb.
Finss.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 20 yaşlı ispaniyalı futbolçu ilə müqavilənin şərtlərini razılaşdıra bilməyib.
"Çelsi"nin S.Omorodionu 40 milyon avroya transfer etməyə razı olduğu bildirilirdi. 2023/2024 mövsümündə "Alaves" klubunda icarə əsasında çıxış edən oyunçu 35 matçda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, forvardın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna kimidir. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Kaira Agayeva
Fins.az