Paris 2024 Yay Olimpiya Oyunları dünya idman tarixinə daha bir unudulmaz an bəxş etdi. Niderlandın görkəmli yüngül atletikası üzrə idmançısı Sifan Həsən, unikal bir nailiyyətə imza ataraq, tarixə adını qızıl hərflərlə yazdırdı. O, Olimpiya Oyunlarında üç uzun məsafədə qızıl medal qazanan ilk qadın idmançı oldu.
Həsən, marafon (42,195 km) yarışını 2 saat 22 dəqiqə 55 saniyəyə başa vuraraq dünya rekordçusu olan Efiopiyalı Tigst Assefanı ötüb və qızıl medal qazanıb.
Finss.az xəbər verir ki, bu nailiyyət, onun üç müxtəlif məsafədə - 5000 metr, 10 000 metr və marafonda - Olimpiya qızılı qazanması ilə nəticələndi.
Bürünc medalı isə Keniyalı Hellen Obiri qazanıb.
Həsənin bu qələbəsi, onun idman karyerasında növbəti böyük uğur oldu. Qeyd edək ki, o, 2020-ci il Tokio Olimpiadasında da 5000 və 10 000 metr məsafələrdə qızıl medal qazanmışdı. Paris Olimpiadasında isə bu məsafələrdə bürünc medal qazandı, lakin marafonda qızıl medalı qazanaraq tarixi bir nailiyyətə imza atdı.
Həsənin həyat hekayəsi də idman dünyası üçün ilham mənbəyidir. O, gənc yaşlarında Efiopiyadan qaçqın olaraq Niderlandlara köçmüş və burada idman karyerasına başlamışdır. Onun bu uğurları, həm idmançı iradəsini, həm də insan əzmini əks etdirir.
Sifan Həsənın bu möhtəşəm nailiyyəti, Olimpiya Oyunları tarixində yalnız bir dəfə, 1952-ci ildə Helsinkidə Çexiyalı Emil Zatopekin qazandığı üç qızıl medalı xatırladır. Həsən isə bu uğuru təkrarlayaraq, özünü idman tarixinin əfsanələri sırasında yer aldırıb.
Paris 2024 Yay Olimpiya Oyunları Sifan Həsənin adını tarixin səhifələrinə daha bir qızıl hərflə yazdı və dünya idmansevərlərinin yaddaşında uzun müddət yaşayacaq bir nailiyyət kimi qalacaq.