Finss.az xəbər verir ki, bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız - Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzan - halqa və lentlə çıxışlarını nümayiş etdirəcəklər.
Güləşçilərimiz Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) 1/8 finalda rəqibləri ilə qarşılaşacaqlar. Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final görüşündə Özbəkistan təmsilçisinə qarşı qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Azərbaycan idmançıları müxtəlif mükafatlar qazanıblar, o cümlədən iki cüdoçumuz olimpiya çempionu olub.