"Zirə"nin hücumçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb.
Fins.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna I turda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Birinci hissədə üç qola imza atan gürcüstanlı forvard yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.
“Zirə”də ikinci dəfə belə uğuru təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.
Üçüncü dəfə bir qarşılaşmada üç qol vuran oyunçu hərəyə iki dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.