İdman

31 İyul

"Mançester Siti"nin sabiq hücumçusu İspaniya klubuna keçib

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fins.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Keleçi İheanaço transfer edilib.

27 yaşlı forvard son olaraq İngiltərədə "Lester"in formasını geyinib. O, bu komandada 232 matçda 61 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Keleçi İheanaço 2015-2017-ci illərdə "Mançester Siti"nin uğurları üçün çalışıb.

Kaira Ağayeva 

Fins.az