İDMAN

24 İyul

"Sumqayıt" - "Fehervar" matçına neçə bilet satılıb?

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” - “Fehervar” (Macarıstan) matçına bilet satışı davam edir.

Klubun sözçüsü Zaur Xudiyevin verdiyi məlumata görə, satışa çıxarılan 9 min biletin 6 mindən çoxu satılıb. “Artıq 6 mindən çox bilet satılıb. Bilet almaq istəyənlər stadionun yanındakı kassalara yaxınlaşa bilərlər. Eyni zamanda, biletləri "iTicket.az" və 1 saylı Asan Xidmət mərkəzindən də əldə etmək mümkündür". 

Qeyd edək ki, "Fehervar"la ev oyununa iyulun 25-də çıxacaq "kimyaçılar"ın cavab matçının bu ayın 31-də Macarıstanda keçirilməsi nəzərdə tutulub.