İDMAN

24 İyul

Levandovski "Barselona"-dan ayrıla bilər

"Barselona"nın futbolçusu Robert Levandovski komandadan ayrıla bilər.

Fins.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.

Qeyd olunub ki, polşalının müqaviləsindəki bənd sözləşməni birtərəfli qaydada ləğv etməyə imkan verir. Məlumata görə, 35 yaşlı oyunçu qarşıdakı mövsüm oyunların 55%-də iştirak etməsə, "Barselona"nı tərk edəcək.

Onun Kataloniya klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.