İdman

23 İyul

Alman futbolçu "Neftçi"yə keçib

Azərbaycanın “Neftçi” futbol klubu mövsümlərarası fasilədə dördüncü transferini həyata keçirib.

Fins.az xəbər verir ki, Komandaya alman müdafiəçi Robert Bauer də qoşulub.

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Neftçi"nin heyətində o, 23 nömrəli köynək geyinəcək. Bauer müdafiənin hər iki cinahında, mərkəzdə və yarımmüdafiədə oynaya bilir.

Almaniyanın "İnqolştadt", "Verder Bremen" və "Nürnberq" klublarında çıxış edən futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib və 2-ci Bundesliqanın çempionu olub. Bundan başqa, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sint-Truiden”in formasını geyinmiş Robert son mövsümü Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edərək “Əl-Tai”nin heyətində keçirib.

Qeyd edək ki, Bauer 13 dəfə Almaniyanın U-20 yığmasının şərəfini qoruyub. Komandanın tərkibində o, 2016-cı il dünya çempionatının dörddəbir finalına yüksəlib və Rioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Kaira agayeva

Fins.az