İDMAN

22 İyul

"Barselona" klubu Niko Uilyamsla anlaşıb

İspaniyanın "Atletik" klubunun futbolçusu Niko Uilyams "Barselona" ilə anlaşıb.

Fins.az "Sport.es"ə istinadən xəbər verir ki, İspaniya yığmasının üzvü tezliklə "Barselona"nın futbolçusu olacaq.

Kataloniya klubu ona 5 illik müqavilə təklif edib.

Qeyd edək ki, 22 yaşlı vinger İspaniya yığması ilə Almaniyada təşkil olunan Avropa çempionatının qalibi olub. Finalda İngiltərə yığmasının qapısına yol tapmağı bacaran N.Uilyams matçın ən yaxşısı seçilib.

Kaira Agayeva 

Fins.az