İdman

19 İyul

Şotlandiya klubu Danimarka millisinin qapıçısını transfer edib

Şotlandiyanın "Seltik" klubu Danimarka millisinin qapıçısı Kasper Şmeyxeli transfer edib.

Fins.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiperlə müqavilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

K.Şmeyxelin son klubu 2021-ci ilin sentyabrından çıxış etdiyi “Anderlext” (Belçika) olub.

Kaira Agayeva 

Fins.az