IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) AVRO-2024-ün və Amerika Kubokunun ən yaxşılarını açıqlayıb.
Fins.az xəbər verir ki, qurum qapıçı, hakim və baş məşqçilər arasında ən yaxşıları müəyyənləşdirib.
AVRO-2024
Ən yaxşı baş məşqçi: Luis de la Fuente (İspaniya);
Ən yaxşı hakim: Fransua Leteksye (Fransa);
Ən yaxşı qapıçı: Cordan Pikford (İngiltərə).
Amerika kuboku
Ən yaxşı baş məşqçi: Nestor Lorenso (Argentina, Kolumbiya millisi);
Ən yaxşı hakim: Rafael Klaus (Braziliya);
Ən yaxşı qapıçı: Emiliano Martines (Argentina).
Qeyd edək ki, AVRO-2024-də İspaniya, Amerika Kubokunda Argentina çempion adını qazanıb.