Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Zirə” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Bakıda Moldovanın “Şerif” kollektivini qəbul edəcək.
“Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Tiraspolda keçirilən ilk matçda “Zirə” 1:0 hesablı qələbə qazanıb.
18 iyul
“Zirə” – “Şerif”
Dalğa Arena. Saat 20:00
Baş hakim: Bulat Sariyev
Baş hakimin köməkçiləri: Denis Labaşov, Yuri Tixonyuk
Dördüncü hakim: Aidin Tassibayev
(Hakimlər briqadası Qazaxıstandandır)
VAR hakimləri: Sören Storks, Yohann Pfeifer (Almaniya)