Daşkənddə şahmat üzrə Masters turniri davam edir.
Fins.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 6-cı turu heç-heçə ilə başa vurub.
Həmyerlimiz yerli şahmatçı Javoxir Sindarovla xalları yarıya bölüb. Hesabında 2,5 xal olan Şəhriyar 7-ci pilləd yer alıb. Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 4 xal toplayıb.
Turnir 9 turdan ibarət olacaq.
6-cı tur
Aleksey Sarana (Serbiya) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Javoxir Sindarov (Özbəkistan) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Parham Maqsudlu (İran) – 0,5:0,5
Yu Yanqyi (Çin) – Nodirbek Abdusattarov (Özbəkistan) – 0:1
Rixard Rapport (Macarıstan) – Vidiş Santoş Qujarati (Hindistan) – 0,5:0,5