İdman

27 May

“Qarabağ”ın ÇL-dakı bütün mümkün rəqibləri müəyyənləşib

"Qarabağ"ın mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək bütün komandalar bəlli olub.

Fins.az xəbər verir ki, daha iki ölkədə çempion müəyyənləşib.

“Eqnatiya” Albaniyada, “Pünik” Ermənistanda qızıl medal qazanıb. Bu, sonuncularla “Balkani”nin səpələnmişlər səbətinə düşməsi ilə nəticələnib. “Eqnatiya” və “Borats” isə “Qarabağ”ın mümkün rəqibləri sırasına düşüb.

Qurban Qurbanovun bu mərhələdə ümumilikdə 15 mümkün rəqibi var. Amma Ağdam klubunun yarışa I deyil, II təsnifat mərhələsindən də başlamaq ehtimalı var. Bu, Çempionlar Liqasının cari mövsümünün finalından sonra dəqiqləşəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
“Lüdoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)
“Petrokub” (Moldova)
“Balkani” (Kosovo)
“Pünik” (Ermənistan)

Səpələnməmişlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksemburq)
“Deçiç” (Monteneqro)
“Santa Koloma” (Andorra)
"Virtus" (San-Marino)
“Borats” (Bosniya və Herseqovina)
“Eqnatiya” (Albaniya)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.